12.04.2011

Vahid Əliyev “MOSSAD”la gizlicə görüşüb

                      Wikileaks Azərbaycanla bağlı daha bir sənəd açıqladı



ABŞ-ın məxfi diplomatik teleqramlarını ələ keçirərək ötən ilin dekabrından yaymağa başlayan WikiLeaks saytı Azərbaycanla bağlı daha bir sənədi açıqlayıb. Bu dəfə sənəd İsrailin “Haaretz” qəzeti tərəfindən dərc olunub. Qeyd edək ki, WikiLeaks saytının özü əlində olan 250 mindən çox sənədin bir hissəsini yaydıqdan sonra prosesi yavaşıdıb. Lakin sənədlər daha bir neçə ölkədə-İsveç Türkiyə, Rusiya və İsraildə saytla tərəfdaşlıq edən qəzetlərin əlinə keçib. Hazırda İsrailin “Haaretz” qəzeti bu ölkəyə aid olan məxfi teleqramları yaymaqdadır.
Enn DersiOnlardan biri də Azərbaycan-İsrail münasibətlərinin görünməyən məqamlarından bəhs edir. Teleqram 2007-ci ildə ABŞ-ın Bakıdakı səfiri Enn Dersi tərəfindən göndərilib. Orada deyilir ki, həmin il fevralın 16-da İsrailin Bakıdakı səfiri Artur Lenk ABŞ səfiri ilə görüşüb və ona Azərbaycan-İsrail təmasları barədə məlumat verib.
Artur Lenk Enn Dersiyə məlumat verib ki, İsrailin o vaxtkı xarici işlər naziri Tszipi Livni Davos iqtisadi forumu zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Dersin bu müzakirələr barədə sualına cavab olaraq A.Lenk deyib ki, İsraillə Azərbaycan arasında təhlükəsizlik sahəsində iki razılaşma imzalanıb. Lakin teleqramda həmin razılaşmaların detalları göstərilmir. Artur LenkArtur Lenk ABŞ səfirinə onu da deyib ki, prezident Əliyevin təhlükəsizlik məsələləri üzrə köməkçisi general Vahid Əliyev müalicə almaq üçün İsraildə olub və fürsətdən istifadə edərək yəhudi dövlətinin müdafiə naziri Efraim Snehin təmsilçisi, habelə “Mossad” təmsilçiləri ilə görüşüb. Teleqramda deyilir ki, İsrail Azərbaycanla diplomatik və iqtisadi əlaqələr saxlayır. İki il əvvəl “Hizbullah”ın İranın kəşfiyyat zabitlərinin köməyi ilə Bakıda İsrail səfirliyini partlatmaq cəhdinin qarşısı yəhudi dövlətinin və Azərbaycanın kəşfiyyat xidmətlərinin əməkdaşlığı sayəsində alınıb. Planın iştirakçılarından bir neçəsi həbs edilib, qalanlar isə İrana qaçıb.
İsrail KİV-ləri onu da yazır ki, 2009-cu ildə prezident Şimon Peresin Bakıya səfəri zamanı Azərbaycan ərazisində elektron kəşfiyyat şəbəkəsinin yaradılması barədə razılaşma əldə edilib. Şimon Peresİsrailin İran üzrə aparıcı ekspertlərindən biri, İsrail ordu radiosu “Kol İsrael”in İran üzrə keçmiş yayım direktoru Menaş Amir bildirir ki, Tehran Azərbaycan ərazisinin yəhudi kəşfiyyatı üçün platsdarma çevrildiyini düşünür. Belə ki, Azərbaycanın cənub bölgələrində israillilər özlərini evlərindəki kimi hiss edirlər. “Lakin İran bunu şişirdir, orada deyildiyi kimi o qədər də çox İsrail kəşfiyyatçısı və mütəxəssisi yoxdur. Bununla belə, onların mövcudluğu istənilən halda ayətullahları əsəbiləşdirir” deyə, M.Amir qeyd edib.

musavat.com

Комментариев нет:

Отправить комментарий